“Şəhidlər Qəhrəmanlarımızdır!”adlı Anım Günü tədbiri

27 sentyabr 2023-cu il tarixində İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə məktəbimizdə “Şəhidlər Qəhrəmanlarımızdır!”adlı Anım Günü tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbir 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini 1dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra himn səsləndi və məktəbin direktoru Müşfiq Məmmədov çıxış edərək 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verdi. Tədbirin növbəti hissəsində şagirdlər “Vәtәn var olsun!” şüarı ilə hazırladıqları fləşmob və musiqi nömrələri ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi