15 sentyabr Bilik günü

15 sentyabr yeni tədris ilinin başlanğıcıdır. Bu münasibətlə məktəbimizdə Bilik günü tədbiri keçirildi. Bilik günü tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz müəllim, Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla xanım, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər  iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Tədbirin qonaqları çıxış edərək, şagirdləri və ən əsası birinciləri  təbrik etdilər. Məktəbin direktoru Müşfiq Məmmədov çıxış edərək şagirdləri Bilik günü münasibəti ilə təbrik edərək onlara dərslərində müvəffəqiyyətlər arzulardı.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə İlyasova öz növbəsində şagirdləri təbrik etdi və ilk dərs mövzusunun “Heydər Əliyev Azərbaycanın  xilaskarı və qurucusudur" olduğunu elan etdi. Sonda tədbir iştirakçılarının alqışları ilə birincilər siniflərinə yola salındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi