1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". 
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.  Bugün  ölkəmizdə  uşaqların sağlam  mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Şagirdlərimiz hazırladıqları rəqs və musiqi nömrələri ilə çıxış edərək bütün uşaqları bu gün münasibətilə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi