Xocalı soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı başvermiş soyqırımdır. 24 fevral 2023-cü il tarixində məktəbimizdə tarix müəllimi Şəmilzadə Şəbnəmin təşkilatçılığı ilə Xocalı soyqırıma həsr olunmuş tədbir keçirildi. Tədbir şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başlandı. Daha sonra himn səsləndi və məktəbin direktoru Müşfiq Məmmədov şagirdlərə Soyqırım haqqında qısa məlumat verdi. Tədbirin növbəti hissəsində Şəbnəm müəllimə şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verdi və şagirdlər öz çıxışları ilə tədbiri davam etdirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi