Balaca aktyorlar

3 iyun tarixində məktəbimizdə növbəti yaddaqalan tədbir də baş tutdu. Tədris ilinin yekunlaşması münasibətilə 1ç sinif şagirdləri il ərzində mənimsədikləri bilik, bacarıq və vərdişlərini nümayiş etdirmək məqsədilə səhnədə ilk tədbirlərini verdilər. Azyaşlılar tədbir ərəfəsində müxtəlif şeirlər, mahnılar səsləndirdilər, sərbəst şəkildə rəqs nümayiş etdirdilər. 
Rus ədəbiyyatının görkəmli yazıçısı Samuil Yakovleviç Marşakın yaradıcılığından "Koşkin dom" nağılına müraciət edən birincilər onu tam yeni, müasir dövrlə səsləşən, maarifləndirici versiyada, hər şagirdin solo çıxışları, nağilbazların hekayəti, rep, müxtəlif fləşmob nömrələri ilə sintez şəklində təqdim etdilər.
Tədbirin ən həssas nöqtəsi sinfin evdə təhsil üzrə şagirdi Əliyev Rizvanəlinin auditoriya qarşısındakı öz taleyi barəsində söylədiyi təsiredici nitqi oldu. O, bu tədbir sayəsində sinif yoldaşları ilə qaynayıb - qarışdı, onlarla birgə deyib-güldü, şənləndi. Hamı tədbiri izləməyə gələn müəllim kollektivi, valideynlər, qonaqlar bir anlıq kövrəldi. Nağılın sonunda sinif rəhbəri Lalə Nəsirova səhnədə peşəkar aktyor kimi rol ifa edən 6 yaşlı şagirdlərinə, çox az müddətdə bu tədbirin ərsəyə gəlməsində zəhməti keçən valideynlərə öz təşəkkürünü bildirdi. Sonda məktəb direktoru balacaların bu istedad və bacarığını alqışladı, şagirdlər müxtəlif hədiyyə və diplomlarla təltif olundu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi