IV d sinfinin buraxılış tədbiri keçirildi

Məktəbimizin təhsil uğurlarının əldə edilməsində ibtidai təhsilin xüsusi çəkisi və yeri vardır. Məhz ibtidai siniflərdə şagirdlərimizin həm bilikli, savadlı, həm də hərtərəfli dünyagörüşünə malik bir gənc kimi yetişməsinin əsası qoyulur. Bu gün IV d sinif şagirdlərinin təqdim etdikləri buraxılış tədbiri də onların möhkəm özül üzərində V sinfə keçməyə hazır olduqlarını göstərdi. Sinif müəllimi A.Babayevanın ilk buraxılışı olan balacalar rəngarəng çıxışları ilə sübut etdilər ki, gələcəkdə ölkəmizin gənc qurucuları kimi və fəal gənc kimi yetişmək yoluna möhkəm hazırlaşıblar. Balacaları bu münasibətlə təbrik edir, sinif müəllimi A.Babayevaya isə yeni-yeni buraxılışlar, təhsil uğurları arzulayırıq.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi