II b sinif şagirdlərinin Bakı Kitab Mərkəzinə səyahəti

Məktəbin II b sinfinin şagirdləri 19.04.2019- cu il tarixində sinif müəllimi Mətanət Hüseynovanın rəhbərliyi ilə Bakı Kitab Mərkəzində olmuşlar. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı təbdirlər haqqında” Təhsil Nazirliyinin 2019- cu il üçün Fəaliyyət planında nəzərdə tutulmuş bəndlərin icrası istiqamətində və eləcə də şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilmiş bu tədbirdə balacalar Mərkəzin tərtibatı, bölmələri və kitab fondu ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Mərkəzin işçiləri tərəfindən şagirdlər böyük mehribanlıqla qarşılandılar. Burada şagirdlərimizin kitab oxumaları üçün gözəl guşə də yaradılmışdı. Şagirdlər istədikləri kitabları seçib burada mütaliə etdilər. Oxuduqları maraqlı nağıl və məlumatları yoldaşları ilə bölüşdülər. 

            Şagirdlərimiz Bakı Kitab Mərkəzində çox yaxşı vaxt keçirtdilər. Sonda hər bir şagirdə hədiyyə olaraq Mərkəz tərəfindən kitab bağışlandı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi