Qərbi Kaspi Universitetinin müəllimləri ilə görüş keçirildi

16 aprel 2019-cu il tarixində 183N-li tam orta məktəbdə Qərbi Kaspi Universitetinin dizayn kafedrasının müəllimi Elnur Rəsulov və Tələbə Cəmiyyətinin sədri Fuad Heydərli ilə IX-XI sinif şagirdlərinin görüşü baş tutdu. Tədbirdə şagirdlər Qərbi Kaspi Universiteti ilə qiyabi tanış oldular, orada tədris olunan ixtisaslar haqda məlumatlar verildi. 
Azərbaycanda “Mövlanə və Erasmus”, “Start Up” layihəsi kimi mübadilə proqramlarını həyata keçirmiş Qərbi Kaspi Universitetində 5 fakültə mövcuddur. Elnur müəllim nitqində universitetin şagirdlərə keyfiyyətli, şəffaf təhsil, xarici dilləri mükəmməl səviyyədə mənimsəmə imkanı vəd etdiyini söylədi. Eyni zamanda, onlara düzgün ixtisas seçimində, imtahan öncəsi psixoloji gərginliyin aradan qaldırılmasında maarifləndirici təlimlərin keçirilməsi haqda məlumat verdi. Sonda nümayəndələr şagirdlərin suallarına dolğun cavablar verdilər. Bu isə onlara gələcəkdə düzgün peşəyönümlü addımlar atmağa istiqamət verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi