"Diqqət piyada" adı altında tədbir keçirildi

Yol mədəniyyətdir. Bu mədəniyyəti nümayiş etdirməklə təhlükəsizliyimizi də qorumuş oluruq.

            28.02.2019-cu il tarixində 183N-li tam orta məktəbin akt zalında “Diqqət piyada” adlı tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi Kərimova Nuranə və IVC  sinif şagirdləri hazırlamışdılar. Şagirdlər yol hərəkəti qaydaları haqqında praktiki biliklərini böyük həvəslə gələn qonaqlara və tamaşaçılara çatdırdılar. Maarifləndirici səhnəciklər, şeirlər, mahnılar hər kəsin marağına səbəb oldu. Bu səhnəciklərdə şagirdlər yol polisi, piyada, sürücü, sərnişin qismində çıxış etdilər. Sonda yol-hərəkət qaydaları əks olunmuş videoçarx nümayiş olundu.

            Məktəbin direktoru R.Abbasova və qonaqlar çıxış edərək öz ürək sözlərini və tövsiyyələrini verdilər. Onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi