Daha bir "Açıq qapı" günü keçirildi

Daha bir "Açıq qapı" günü keçirildi.

Ötən ildən bəri məktəbimizin həyatında bir-birindən maraqlı, əlamətdar tədbirlər ara vermir... Möhtəşəm 80 illik yubileyimizdən başqa “Təhsildə Keyfiyyət ili” ilə əlaqədar ard-arda keçirilmiş breyn-rinqlər, aprel və dekabr aylarında keçirilmiş “Açıq qapı” günləri, əlamətdar və tarixi günlərin təntənə ilə qeyd edilməsi, nümunəvi dərslər, siniflərarası bilik yarışları, “12 stul” intellektual oyunları və nəhayət, 02.03.2018-ci il tarixində növbəti - üçüncü “Açıq qapı” günü...

Məktəb kollektivi qarşısında 16.02.2018-ci il tarixində “Təlimə Dəstək Mərkəzi”nin rəhbərliyi tərəfindən keçirilmiş iclasda qoyulmuş növbəti “Açıq qapı” günü keçirmək vəzifəsi əvvəlkilərdən fərqlənirdi. Həmin gün yəni 02.03.2018-ci il tarixində Xəzər rayonunun üç məktəbində “Açıq qapı” günü keçirilirdi.

1. 26 N-li tam orta məktəbdə - humanitar fənlər üzrə

              2. 117 N-li tam orta məktəbdə - təbiət fənləri üzrə

              3. 183 N-li tam orta məktəbdə - texniki fənlər və ümumi fənlər bloku üzrə

Bütün məktəb kollektivi yenə də var qüvvəsini səfərbər edib bu böyük təhsil bayramına hazırlaşmışdı. Tədbirin bayram əhvali-ruhiyyəsinə uyğun keçirilməsi üçün bütün təşkilati işləri yüksək keyfiyyətlə yerinə yetirmək üçün 21 N-li 23.02.2018-ci il tarixli məktəbdaxili əmr verilmiş, açıq dərsləri təqdim ediləcək fənn müəllimləri və siniflər müəyyən edilmişdir.

1. Kərimov Kərim – fizika – IX sinif

2. Davudova Həyatxanım – riyaziyyat – VI sinif

3. Hacıyeva Elminur – informatika – XI sinif

4. Axundova Arzu – musiqi – VII sinif

5. Teymurova Zəridə - texnologiya – VI sinif.

Tədbirdə “Təlimə Dəstək Mərkəzinin” əməkdaşları, Xəzər və Sabunçu rayonunun  məktəblərindən uyğun fənn müəllimləri iştirak edirdilər. Çox böyük uğurla təqdim edilən dərslərdə məktəbin VI – XI siniflərin şagirdləri fəal iştirak edirdilər. Sinif konserti formatında və yüksək bayram əhvalı ilə keçirilən musiqi dərsindən sonra bu böyük təhsil tədbirinə məktəb kitabxanasının balaca oxucuları – III a sinfi və kitabxanaçı K.Sadıqovanın təqdimatında “Qırmızıpapağın nağılı” ilə qoşuldular. Təqdim olunmuş dərslərin təhlili çox böyük işgüzar şəraitdə keçdi. TDM əməkdaşları təkcə keçirilmiş dərslərə dair metodiki fikirlərini bölüşməklə kifayətlənməyib ətraf məktəblərin müəllimlərinin də iştirak etdiyini nəzərə alaraq ən vacib tövsiyə və təkliflərini söylədilər. Sonda məktəbin direktoru R.Ə.Abbasova “Açıq qapı” gününün bütün iştirakçılarına məktəb kollektivi adından təşəkkür etdi və bugünkü tədbirin həm də bir günlük təlim xarakteri daşıdığını – müəllimlərə faydalı metodiki dəstək göstərdiyi üçün xüsusi əhəmiyyətli olduğunu söylədi. R.Ə.Abbasova TDM-in fəaliyyətə başladığı gündən bəri rəhbərlik etdiyi məktəbin timsalında ümumtəhsil məktəblərinə bir oyanış, canlanma gətirilmiş olduğunu xüsusi nəzərə çatdırdı və belə təhsil tədbirlrinin, “Ümumi təhsildə Keyfiyyət ili”nə öz böyük töhfələrini verəcəyinə ümid etdiyini bildirdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi