20 Yanvar "Ümumxalq Qürur günü" ilə əlaqədar tədbir

19.01.2024-cü il tarixində 20 Yanvar "Ümumxalq Qürur günü" ilə əlaqədar 183 N-li tam orta məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan olunaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin müəllimi T.Əliyeva yanvar hadisələrinin səbəbləri, nəticələri haqda məlumat verdi, 2d, 6c, 7a, 8d sinif şagirdləri şeirləri ilə çıxışları davam etdirdilər. 6c sinif şagirdləri şəhidlərə həsr etdikləri öz şeirlərini söylədilər. 7a sinif şagirdlərindən ibarət xor "Unutmaq olarmı sizi, şəhidlər?" adlı mahnını ifa etdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları ehtiramla anırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi