Məktəbəqədər qrupların ilk dərs günü
183 N-li tam orta məktəbin beşyaşlıları ilk dəfə məktəbə gəlmək sevincini yaşadılar. Məktəbəhazırlıq üzrə 63 şagird ilk dəfə parta arxasında əyləşdilər. BŞTİ tərəfindən balacalar üçün nəzərdə tutulmuş dəftərxana vəsaitləri: rəngli qələmlər, akvarel boya və fırçalar, rəsm dəftərləri, yapışqan, rəngli kağız və s. hər bir şagirdə sinif müəllimləri tərəfindən ayrıca təqdim edildi.