4 “Ç” sinif müəllimi N.Kaparova şagirdləri ilə Fəxri Xiyabana səyahət etdilər

24 yanvar 2020-ci il tarixində 183 N-li tam orta məktəbin 4 “Ç” sinif müəllimi N.Kaparova şagirdləri ilə Fəxri xiyabana səyahət etdilər. Fəxri xiyabana ilk dəfə ziyarət edən şagirdlər bu günə kimi məktəbdə müəllimlərindən, evdə valideynlərindən, dərsliklərdə adını duyub sevə-sevə öyrənib böyük sevgi, hörmət bəslədikləri Ümumilli lider, böyük tarixi şəxsiyyət Heydər Əliyevin məzarı üstünə gedəcəkləri üçün çox həyəcanlı idilər. Hazırlanan gül əklilini hərbi geyimli oğlanlar qürurla daşıyaraq Fəxri xiyabana daxil oldular. Ulu öndərin məzarına doğru getdikcə Nəzirə müəllimə şagirdlərə dahi şəxsiyyətin həyat və fəaliyyətini əhatə edən suallar verir, şagirdlər sualları həvəslə cavablandırırlar.

Nəhayət şagirdlər Ümumilli liderin abidəsi qarşısında dayandılar. 4 “Ç” sinif şagirdləri C.Babazadə, S.Sadiqzadə əklili əbədiyaşar Ulu öndərin məzarı önünə qoyub ehtiramla baş əydilər. Sonra digər şagirdlər H.Əliyevə həsr olunmuş şeirlərdən parçalar söylədilər. Bu ziyarət onlarda böyük maraq və məsuliyyət hissi oyatdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi