"Ox uj eta matematika" adlı breyn-rinq yarışması keçirildi

Bu gün məktəbimizdə riyaziyyat aylığı çərçivəsində rus bölməsində "Ox uj eta matematika" adlı breyn-rinq yarışması keçirildi. Yarışmaya məktəbin 5 və 6-cı sinif şagirdləri qatıldı.Yarışmanın məqsədi uşaqların sərbəst fikir yürütməsinə, yeni biliklər qazanmasına, həmçinin qarşılıqlı dinləmə, anlama ve özünüidarəni formalaşdırmağa xidmət edirdi. Bir-birinə dəstək olmaq və qazanılan biliklərin həyatda tətbiqi əsas məqsədlərdən biri idi.Tədbiri təşkil edən məktəbin riyaziyyat müəllimi H. Davudova və məktəbin tərbiyə işləri üzrə direktor müavini Ş.Məmmədovanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirdə qalib gəlmiş kamandanın üzvləri hədiyyələrlə təltif olundular.