“Bullinq və onun qarşısının alınması” mövzusunda tədbir
Məktəbin ibtidai və yuxarı siniflərində “Bullinq və onun qarşısının alınması” mövzusunda maarifəndirmə işləri aparıldı. Həmçinin məktəbin akt zalında da bullinqlə bağlı tədbir keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Qoşqar Hümbətov bullinqin nə demək olduğu, onun növləri barədə geniş şəkildə məlumat verdi və zəruri məqamları şagirdlərin nəzərinə çatdırdı. Tədbir tərbiyə işləri üzrə direktor müavini Qoşqar Hümbətovun nitqi ilə başa çatdı. Bu tədbirlə bağlı fotoşəkilləri təqdim edirik.