NÜMUNƏVİ "AÇIQ DƏRS" KEÇİRİLDİ
Sevindirici haldır ki, məktəbimizdə nümunəvi "açıq dərs"lərin keçirilməsi artıq adət halını almışdır. Mütəmadi olaraq keçirilən nümunəvi "açıq dərs"lər şagirdlərin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur. Buna görə də, məktəbimizdə istər rəhbərlik, istərsə də pedaqoji heyət belə dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu dəfə məktəbimizin ingilis dili müəllimi Xəyalə Zamanova 2 "C" sinfində nümunəvi "açıq dərs" keçdi. Dərs məktəb direktoru, metodbirləşmə sədri və ingilis dili müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına tam cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.