“FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiya

Məktəbin 8-ci sinif şagirdləri “FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti zamanı şirkətin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin rəhbəri Rüstəm Məmmədov məktəbliləri şirkətin nəzdindəki fabrik və laboratoriyalarla tanış etdi, şirkətin keyfiyyətə nəzarət sistemi və “FAB Akademiyası” laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verdi. Şagirdlər məhsulların hazırlanma prosesini, sınaq təcrübələrini izlədilər. Daha sonra FAB Akademiyasının konfrans zalında “FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş olundu. Məktəblilər ekskursiya ilə bağlı təəssüratlarını bölüşdülər. Sonda şirkət adından məktəblilərə hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi