“Valideynin məktəbdə bir günü” adlı tədbirin II mərhələsi
Bu gün məktəbdə “Valideynin məktəbdə bir günü” adlı tədbirin II mərhələsi keçirildi. Tədbirdə şagirdlər, müəllimlərlə yanaşı, valideynlər də iştirak etdilər. Valideynlər məktəbin kitabxanasını, sinif otaqlarını, akt zalını ziyarət etdilər. İlk növbədə məktəbin kitabxanasında oldular. Tədbir məktəbin direktoru Ziniyət xanım Tağıyevanın çıxışı ilə açıq elan olundu. Ziniyət xanım məktəb-valideyn münasibətləri barədə önəmli fikirləri tədbir iştirakçıların nəzərinə çatdırdı. Daha sonra valideynlər kitabxanada təşkil olunan məktəbin “Kiçik Akademiya”sının “Kiçik alimləri”nin təqdimatında layihəni izlədilər. Sonra valideynlər məktəbin sinif otaqlarını ziyarət etdilər. Nümunəvi “açıq dərs”lərdə iştirak etdilər. Sonda məktəbin akt zalında oldular. Akt zalında təşkil olunan tədbiri izlədilər. Tədbir 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuşdur və “Biz gələcəyik” adlanırdı. Bu tədbir “Valideynin məktəbdə bir günü” adlı layihənin bədii hissəsini təşkil edirdi. Tədbir bədii hissə ilə sonlandırıldı. Qeyd edək ki, tədbir “Space” televiziyası vasitəsilə işıqlandırıldı.