"Rənglərin dünyası" adlı tədbir

Bu gün məktəbdə növbəti maraqlı tədbir keçirildi. Bu tədbir “Rənglərin dünyası” adlandırılmışdır. Tədbiri digərlərindən fərqləndirən cəhət iki fənnin bir-biri ilə inteqrasiya edilməsi idi. Bu fənlərə təsviri incəsənət və coğrafiya fənləri daxildir. Şagirdlərin ifasında göstərilən hər bir səhnəcik bu fənlərin bir-biri ilə necə bağlı olduğunu əks etdirdi. Tədbirdə iki fənnin qarşılıqlı müqayisəsi də aparıldı. Bununla da maraqlı oxşarlıqlar ortaya çıxdı. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərə fənləri qarşılıqlı şəkildə öyrənməsinə şərait yaratmaqdır. Qeyd edək ki, tədbir məktəbin coğrafiya müəllimi Abbasova Xədicə və məktəbin təsviri incəsənət müəllimi Qafarova Aynur tərəfindən təşkil olunmuşdur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi