“Beynəlxalq Yer Kürəsi Günü” adlı tədbir

Bu gün məktəbdə “Beynəlxalq Yer Kürəsi Günü” adlı tədbir keçirildi. Tədbir məktəbin 2 “G” sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbirin keçirilməsində əsas məqdəd şagirdlər arasında Yer Kürəsi – yaşadığımız yeri təmiz saxlamaq, bitkiləri qorumaq, heyvanlara qayğı göstərmək kimi vacib xüsusiyyətləri təbliğ etməkdir. Kiçik yaşlı şagirdlər arasında bu kimi tədbirlərin keçirilməsi onların təfəkkürlərinin inkişafında, düşüncə qabiliyyətlərinin genişlənməsində mühüm rol oynayır. Tədbirin sonunda hazırlanmış  əl işləri nümayiş olundu. Qeyd edək ki, tədbir məktəbin ibtidai sinif müəllimi Hüseynova Xəyalə tərəfindən təşkil olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi