8 Mart - Beynəlxalq Qadınlar Günü

Bugün 182 nömrəli məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Musiqili və əyləncəli tədbirdə qadınların həyatımızda əvəzolunmaz rol oynaması faktı müxtəlif vasitələrlə dəfələrlə vurğulandı. Bildirildi ki, qadınlar həyatın bəzəyidir, onlarsız yaşamaq mümkün deyil. Nümayiş etdirilən videoçarxlar, slaydlar, səhnəciklər tədbirin daha da maraqlı keçməsini təmin etdi. Məktəb direktoru da daxil olmaqla məktəbin qadın kollektivi üçün təşkil olunmuş tədbirdən müəllimlər böyük məmnunluq hissi ilə ayrıldılar. Onu da qeyd edək ki, tədbir məktəbin coğrafiya müəllimi Zamiqə Əhmədli tərəfindən hazırlanmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi