XOCALI - QANIN YERDƏ QALMAYACAQ!!!
Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar məktəbimizdə keçirilən silsilə tədbirlər davam edir. Növbəti tədbir məktəbin akt zalında bir neçə sinfin şagirdlərinin birgə iştirakı ilə keçirildi. Şagirdlərin ifasında bu dəhşətli gecəni əks etdirən şeirlər səsləndirildi, səhnəciklər nümayiş etdirildi, videoçarxlar göstərildi. Şagirdlər bu qanlı tarixi unutmadıqlarını, vətənin müdafiəsinə hər an hazır olduqlarını bir daha sübut etdilər. Qeyd edək ki, tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Natiqə müəllimə, Səadət müəllimə və Mədinə müəllimə tərəfindən hazırlanmışdı.