XOCALI - DƏRDİM MƏNİM...
Qanlı Xocalı faciəsindən artıq 24 il ötür. Lakin bu gün də Xocalı dərdi qəlblərimizdə yaşayır. Məktəbimizdə Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Növbəti tədbir isə kitabxanada təşkil olunmuşdu. "Bədii qiraət" dərnəyinin üzvləri tərəfindən hazırlanmış tədbir Xocalı dərdinin bu gün də aktual olduğunu bir daha sübut etdi. Şagirdlərin ifasında səsləndirilən şeirlər həmin gün törədilən vəhşilikləri gözlər önünə sərdi. Qeyd edək ki, tədbir "Bədii qiraət" dərnəyinin rəhbəri Günel İsmayılova tərəfindən hazırlanmışdı.