Nümunəvi “Açıq dərs”
Növbəti nümunəvi “Açıq dərs” 6 “L” sinfində coğrafiya fənnindən keçirildi. “Açıq dərs” “Səhralar” mövzusunda idi və qruplar şəklində təşkil olunmuşdur. Dərsin əvvəlində şagirdlərə səhralar haqqında videomaterial və şəkillər nümayiş olundu. Şagirdlər səhraların əlamətlərini, təbii komponentlərini, xəritə üzərində isti və soyuq səhraların adlarını öyrəndilər. Sonda şagirdlər qrupların adı ilə əlaqədar tapmacalar söylədilər. Qeyd edək ki, “Açıq dərs” məktəbin coğrafiya müəllimi Abbaszadə Xədicə tərəfindən təşkil olunmuşdur.