MƏKTƏBDƏ PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

29.01.2016-cı il tarixində 182 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəb direktoru, onun müavinləri və peaqoji heyətin iştirakı ilə baş tutan iclasın gündəliyində bir sıra mühüm məsələlər dururdu. Əvvəlcə Pedaqoji Şuranın sədri, məktəbin direktoru Tağıyeva Zinyət xanım iclası açıq elan etdi. Gündəlikdə duran məsələlər şura üzvlərinin nəzərinə çatdırıldı: 1) I yarımilin yekunları - hesabat; məruzəçi – Şeydayeva İlhamə 2) Fənn olimpiadalarının nəticələri; məruzəçi – Mirzəyev Pərviz 3) IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilən monitorinqin nəticələri; məruzəçi – Əliyeva Saraxanım və Teymurov Rövşən 4) İbtidai siniflər barədə hesabat; məruzəçi –Vəliyeva Bəsdi Məruzələrdən sonra çıxışlar dinlənildi, Pedaqoji Şura üzlərinin əksəriyyəti çıxışlarda fəallıq göstərdi. Müzakirələr aparıldı, fənn olimpiadasında əldə etdiyimiz misilsiz nailiyyət əsas müzakirə mövzusu oldu. Müəssisənin səlahiyyətlərinə daxil olan əsas vacib məsələlər Pedaqoji Şurada müzakirə olundu və bir sıra kollegial qərarlar qəbul edildi. Bildiyimiz kimi Pedaqoji Şura ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanıdır, məktəbimiz də öz fəaliyyətində bu fikri rəhbər tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi