MULTİKULTURALİZM SÖZDƏ VƏ ƏMƏLDƏ...
21.01.2016-cı il tarixində 182 nömrəli tam orta məktəbdə “Multikulturalizm sözdə və əməldə” adlı dəyirmi masa keçirildi.Məktəbin direktoru Tağıyeva Zinyət xanım, eləcə də məktəbin bir sıra müəllimləri dəyirmi masa ətrafında toplaşdılar. Təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Hümbətov Qoşqar çıxış edərək “multikulturalizm” anlayışını və onun əhəmiyyətini masa ətrafında əyləşənlərə izah etdi. Qeyd edildi ki, 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Prezident İlham Əliyevin sözləri xüsusilə vurğulandı: “ Multikulturalizm Azərbaycanda dövlət siyasəti, həyat tərzidir”.