NÖVBƏTİ METODİKİ SEMİNAR

Bugün ibtidai siniflər üzrə direktor müavini Bəsti Vəliyeva metodiki seminar keçirdi. Seminarda üçüncü sinif müəllimləri Şirinova Zümrüd, Qəniyeva Solmaz, Rufullazadə Reyhan, Əsgərova Gülnarə və ibtidai siniflər üzrə metodbirləşmə sədri Rəhimova Mətanət iştirak etdilər. Seminarın mövzusu oxu texnikası idi; şagirdlərdə sürətli, aydın və səlis oxunu inkişaf etdirmək məqsədi daşıyırdı. Vəliyeva Bəsti çıxış edərək bu sahədə görülə biləcək tədbirlərdən danışdı. Daha sonra müəllimlərin hər biri öz tətbiq etdikləri metoddan bəhs etdilər. Seminarda qəbul olunmuş qərarların ən qısa müddətdə tətbiqinə başlanması qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi