Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təntənəli yubiley tədbiri keçirildi
Məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təntənəli yubiley tədbiri keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Əhmədov Şirindil, 13 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Sadıqova Yaqut, 179 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim İsmayılzadə Almaz iştirak etdi. Tədbirdə şagirdlər müxtəlif səhnəciklər, şeirlər səsləndirdilər. Tədbir möhtəşəmliyi ilə yadda qaldı. Sonda müəllim və şagirdlər fəxri fərmanla təltif olundular. Qeyd edək ki, tədbir məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Raziyyə Şükürova tərəfindən təşkil olunmuşdur.