ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!!!

18 yanvar 2016-cı il tarixində 182 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Aparıcılar bu qanlı faciə haqqında məlumat verdilər, qan yaddaşımız bir daha təzələndi. Daha sonra faciəni əks etdirən şeirlər səsləndirildi, mahnılar söyləndi, səhnəciklər nümayiş etdirildi. Tədbir davam etdiyi müddətdə fonda 20 Yanvar hadisələrini təcəssüm etdirən video-çarxlar nümayiş etdirildi. Sonda məktəbin direktoru Tağıyeva Ziniyət çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışdı. Qeyd edək ki, tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Natiqə müəllimə və Tahirə müəllimə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi