Zirvəyə doğru son addım
Bu dəfə 182 nömrəli tam orta məktəb öz bayrağını yüksək zirvəyə sancmağı bacardı. Belə ki, Respublika Fənn Olimpiadalarında mütəmadi olaraq medal qazanmaq məktəbimiz üçün adət halını almışdır. İndi isə qazandığımız gümüş və bürünc medalların sırasına yenisi əlavə olundu. Məktəbin 11-ci sinif şagirdi Allahverdiyev Elbar və müəllimi Hümbətov Qoşqarın birgə əməkdaşlığı və səyi nəticəsində bu dəfə qızıl medal qismətimiz oldu. Üç il ard-arda tarix fənni üzrə Respublika Fənn Olimpiadalarında medal qazanan Elbar bu uğur ilə həm özünün, həm müəlliminin, həm də məktəbimizin adını layiq olduğu yüksəkliyə qaldırdı. Məktəbimizin tarix müəllimi eyni zamanda təşkilat işləri üzrə direktor müavini Hümbətov Qoşqar yetişdirdiyi şagirdlərin bilik və bacarıqları sayəsində artıq uzun illərdir ki, məktəbimiz Respublika Fənn Olimpiadalarından medalsız qayıtmır və güman edirik ki, bundan sonra da qayıtmayacaq.