“Ümumi dözümlülüyün inkişaf etdirilməsi” mövzusunda "açıq dərs" keçirildi
"Açıq dərs" fiziki tərbiyə fənni üzrə 6 "C" sinfinin iştirakı ilə məktəbin idman zalında keçirildi. “Ümumi dözümlülüyün inkişaf etdirilməsi” mövzusunda "açıq dərs"in keçirilməsində məqsəd dözümlülük qabiliyyətinin inkişaf etdirilməsi, onu inkişaf etdirən hərəkətlər, oyunlar haqqında məlumat verməkdir. Qeyd edək ki, açıq dərs məktəbin fiziki tərbiyə müəllimi Ahəncani Zənfirə tərəfindən təşkil olunmuşdur.