Məktəbdə nümunəvi "açıq dərs"lər təşkil olundu
21.02.2018-ci il tarixindən 12 inzibati rayonu əhatə edən "Təhsildə keyfiyyət ili" çərçivəsində "Tədris prosesində öyrənmə və öyrətmə mühitinin təşkili prosesi" adlı açıq dərslərin layihəsinə start verilmişdir. Bununla əlaqədar olaraq 16.04.2018-ci il tarixində məktəbimizdə açıq dərslər keçirildi. Açıq dərslər biologiya, həyat bilgisi, coğrafiya, kimya, texnologiya, təsviri incəsənət, fənləri üzrə 8 "Q", 8 "B", 5 "K", 6 "J", 7 "L", 5 "A", 6 "L" siniflərində biologiya müəllimi Nərmin Hüseynova, kimya müəllimi Matı Hüseynova, biologiya müəllimi Günay Məlikova, coğrafiya müəllimi Xədicə Abbasova, kimya müəllimi Zərövşən Ömərova, texnologiya müəllimi Məhluqə Kərimova, təsviri incəsənət müəllimi Aynur Qafarova tərəfindən keçirildi.