8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirildi

Bugün məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş  tədbir keçirildi. Musiqili və əyləncəli tədbirdə qadınların həyatımızda əvəzolunmaz rol oynaması faktı müxtəlif vasitələrlə dəfələrlə vurğulandı. Nümayiş etdirilən videoçarxlar, slaydlar, səhnəciklər tədbirin daha da maraqlı keçməsini təmin etdi. Məktəb direktoru da daxil olmaqla məktəbin qadın kollektivi üçün təşkil olunmuş  tədbirdən müəllimlər böyük məmnunluq hissi ilə ayrıldılar. Tədbir 5-ci və 6-cı siniflərin iştirakı ilə baş tutdu. Onu da qeyd edək ki, tədbir məktəbin rus dili müəllimi Mirxanım Abdullayeva tərəfindən hazırlanmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi