Məktəbdə nümunəvi "açıq dərs"lərin keçirilməsi davam edir
Məktəbdə silsilə şəklində nümunəvi "açıq dərs"lər keçirilir. Növbəti açıq dərs 5 "K" sinfində baş tutdu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fərqanə Əbdüləliyeva Azərbaycan dili fənni üzrə "İçərişəhər" mövzusunda nümunəvi açıq dərs keçdi. Dərsdə elektron lövhədən və əyani vəsaitlərdən geniş istifadə edildi. Dərs şagirdlərin fəallığı ilə yadda qaldı.