Növbəti "açıq dərs" keçirildi
Məktəbdə "açıq dərs"lərin keçirilməsinin geniş xarakter alması sevindirici haldır. Mütəmadi olaraq keçirilən "açıq dərs"lər şagirdlərin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur. Buna görə də, məktəbimizdə istər rəhbərlik, istərsə də pedaqoji heyət belə dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu dəfə isə məktəbin ibtidai sinif müəllimi Aynurə Məmmədova Azərbaycan dili fənni üzrə növbəti "açıq dərs" keçdi. Dərsi məktəb direktoru, metodbirləşmə sədri və müəllimlər dinlədilər. Dərs müasir təlim standartlarına tam cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.