KİMYA FƏNNİ ÇƏRÇİVƏSİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLDİ

Məktəbimizin kimya müəllimi Ömərova Zərövşən şagirdlərin yaradıcı təfəkkürünü, tədqiqatçılıq qabiliyyətini yüksəltmək üçün bir sıra ardıcıl layihələr həyata keçirdi. İlk növbədə şagirdlərimiz akademik Y.Məmmədəliyev adına Neft - Kimya Prosesləri İnstitutunda oldular. Şagirdlər İnstitutun laboratoriyaları ilə tanış oldular, alimlərlə maraqlı müzakirələr apardılar. Növbəti layihə məktəbimizin məzunu, Bakı Ali Neft Məktəbinin tələbəsi Şamil Ömərovla birgə həyata keçirildi. Şamil şagirdlərimizə informasiya texnologiyaları, robototexnika və alternativ enerji mənbələri haqqında geniş məlumat verdi. Görüş əsnasında o həm özünün, həm də tələbə yoldaşlarının hazırladığı qurğuları nümayiş etdirərək onların hazırlanma qaydası və işləmə prinsipləri barədə ətraflı danışdı. Digər layihə isə Suraxanı rayonu 232 nömrəli tam orta məktəbdə baş tutdu. Məktəbimizin bir qrup şagirdi öz həmyaşıdlarının apardığı elmi-tədqiqat işərində iştirak etdilər. Bu layihələrin keçirilməsində məqsəd şagirdlərin elmi aktivliklərini artırmaq, onları daha böyük ideyalar uğrunda çalışmağa sövq etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi