MƏKTƏBİMİZ "AZƏRBAYCAN MÜƏLLİMİ" QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ...
Məktəbimizdə Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir "Azərbaycan müəllimi" qəzetinin səhifələrində işıqlandırılmışdır. "Məktəbdə general Mehmandarovun 160 illik yubileyi qeyd olunub" başlığı altında çıxan məqaləni sizə təqdim edirik: "Dekabrın 1-də Bakı şəhər 182 nömrəli tam orta məktəbdə general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub. Şagirdlərin təqdimatında Dövlət himni ifa olunduqdan sonra tədbirin aparıcıları görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun mənalı ömür yolu və xidmətləri haqqında məlumat verib. Qeyd edilib ki, general Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə azərbaycan tarixinin hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Məktəbin direktoru Zinyət Tağıyeva çıxışında bildirib ki, Səməd bəy Mehmandarov kimi generallar daima yad olunmalıdır:"Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim belə generallarımız olub. Biz onları həmişə yadda saxlamalıyıq". Çıxış edənlər vurğulayəblar ki, şanlı döyüş ənənələri ilə zəngin olan milli tariximizin öyrənilməsi, görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsi həm ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, həm də bu gün ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir. Belə tədbirlərin təhsil ocaqlarında keçirilməsi müsbət qiymətləndirilib. Rəşad ZİYADOV "Azərbaycan müəllimi"