“UŞAQ HÜQUQLARI AYLIĞI” İLƏ ƏLAQƏDAR MÖHTƏŞƏM MUSİQİLİ TƏDBİR
Bildiyimiz kimi, məktəbimizdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər təşkil edilir. Bu tədbirlərdə əsas məqsəd uşaq hüquqlarının qorunmasının təbliğidir.
Bu silsilədə növbəti addım 5 "K" sinfinin şagirdləri tərəfindən atıldı. Şagirdlər “Gülsatan qız” adlı musiqili pyeslə çıxış etdilər. Maarifləndirici məzmunu ilə seçilən pyesdə məqsəd pis vərdişlərin tənqidi, yaxşılığın və doğruluğun təbliği idi. Eyni zamanda uşaq hüquqlarının tanınması və müdafiə edilməsi pyesin əsas ideyasını təşkil edirdi. Şagirdlərimiz istedad və bacarıqları sayəsində öhdələrinə düşən işi uğurla yerinə yetirdilər. Yaşlarının az olmasına baxmayaraq, yüksək aktyorluq və aktrisalıq bacarığı nümayiş etdirdilər. Salonda ucalan alqış səsləri 5 "K" sinfi şagirdlərinin öz işlərini layiqincə yerinə yetirdiyini bir daha sübut edirdi.
Yüksək əhvali-ruhiyyə içərisində keçən tədbir məktəbin direktoru Ziniyət Tağıyevanın çıxışı ilə yekunlaşdırıldı.
Qeyd edək ki, tədbir məktəbin ingilis dili müəllimi Rəqsanə Abdullayeva və Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərqanə Əbdüləliyeva tərəfindən hazırlanmışdı.