Bayrağımız – qürur mənbəyimiz!
Artıq neçə gündür məktəbimizdə 9 NOYABR – BAYRAQ GÜNÜNƏ həsr olunan silsilə tədbirlərə bu gün yekun vuruldu. Məktəbin təsviri incəsənət müəllimi Bədəlova Səadət və şagirdlərin birgə əməkdaşlığı nəticəsində təşkil olunmuş sərgi günlərdir şagirdlərə nümayiş etdirilir. Şanlı bayrağımızın əks olunduğu rəsmlər şagirdlərdə yüksək maraq doğurdu. Məktəbin kitabxanasında da bu xüsusi günə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Yuxarı sinif şagirdləri arasında “Bayrağımız – qürur mənbəyimizdir” adlı inşa müsabiqəsi keçirildi, qaliblər mükafatlandırıldı. Bütün bu fəaliyyətlər sonda şagirdlərin Bayraq meydanına ekskursiya təşkil etmələri ilə yekunlaşdı. Belə ki, 9 "A" ( sinif rəhbəri Həmzəyeva Şəlalə ), 8 "Q" ( sinif rəhbəri Abdullayeva Rəqsanə ) və 8 "B" ( sinif rəhbəri Quliyeva Elminaz ) siniflərinin şagirdləri sinif rəhbərlərinin başçılığı ilə Bayraq meydanını ziyarət edərək dünyanın ən hündür bayrağını bir daha yaxından gördülər.