MİLLİ DİRÇƏLİŞ GÜNÜ!!!
Bu gün 182 nömrəli məktəbdə Milli Dirçəliş Günü münasibətilə məktəbin direktoru Tağıyeva Ziniyət və təlim-tərbiyə işləri üzrə direktor müavini Hümbətov Qoşqar tərəfindən şagirdlər arasında maarifləndirmə işi aparıldı. Azərbaycanın Milli Dirçəliş Gününün 17 noyabr 1992-ci ildə elan olunduğu, bu bayramın 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş verən milli azadlıq hadisələriylə bağlılığı şagirdlərin nəzərinə çatdırıldı. Bu günün Azərbaycanın sonrakı taleyində oynadığı müstəsna rol xüsusilə vurğulandı.