12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür!
Bugün Azərbaycanda Konstitusiya günü qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 182 nömrəli məktəbdə də müəllimlər şagirdlərə Konstitusiya günü haqqında məlumat verdi. 2 "K" sinfində sinif rəhbəri Aynurə Məmmədova Konstitusiya gününün yaranması ilə bağlı şagirdləri maarifləndirdi, eyni zamanda konstitusiyanın həyatımızda oynadığı mühüm roldan bəhs etdi.