Xocalı-qanayan yaramız...
Bugün 182 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin iyirmi üçüncü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi. Tədbirdə "Xocalıya ədalət", "Xocalını unutmayaq, unutdurmayaq" şüarları altında şeirlər səsləndi, səhnəciklər göstərildi. Xocalıda törədilən vəhşiliklər slaydlar şəklində nümayiş etdirildi. Beləliklə, Xocalının qanayan yaramız olduğu bir daha vurğulandı.Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afizər Məmmədova tərəfindən hazırlanıb təşkil edilmişdi.