SAĞLAM NƏSİL - SAĞLAM TƏHSİL
Məktəbimizin 5 "J" sinfinin şagirdləri sinif rəhbərləri Günay Məlikovanın rəhbərliyi və təşkilatçılığı ilə "Sağlam nəsil - sağlam təhsil" adlı Eko-Mədəniyyətə həsr olunmuş layihə reallaşdırdılar. Qeyd edək ki, məktəbin biologiya müəllimi olan Günay Məlikova bundan öncə də neçə-neçə bu tip layihələrə imza atmış, şagirdlər arasında kütləvi maarifləndirmə işi aparmışdır. Buna görə də M.Günayın "Sağlam nəsil - sağlam təhsil" adlı layihəsini onun növbəti uğuru adlandırmaq lap yerinə düşərdi. Layihə şagirdlərin birgə əməkdaşlığı ilə həyata keçdi. Şagirdlər tullantı məhsullarının yenidən emalı, ölkəmizdə yeni parkların salınması ilə bağlı hazırladıqları təqdimatları slaydların müşayiəti ilə nümayiş etdirdilər. Eyni zamanda şagirdlərin tullantı məhsullarına ikinci həyat verərək hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olundu. Layihə həm məktəbin müəllim kollektivinin, həm də şagird kontingentinin böyük marağına səbəb oldu.