12 dekabr-Anım günü

12.12.2024-cü il tarixində 182 nömrəli tam orta məktəbin kitabxanasında ümumimilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi. "Türk dünyasının fenomen lideri" adı altında keçirilən tədbirdə şagirdlər siyasət nəhənginin həyatına ətraflı nəzər saldılar. Heydər Əliyev dühasına həsr olunmuş şeirlər səsləndirildi. Böyük şəxsiyyətlərin öndərimiz haqqında söylədiyi bənzərsiz kəlamlar tədbir tamaşaçılarının nəzərinə çatdırıldı.Tədbirin sonunda məktəbin direktor əvəzi İlhamə Qurbanova çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi