NÜMUNƏVİ "AÇIQ DƏRS"LƏR
Sevindirici haldır ki, məktəbimizdə nümunəvi "açıq dərs"lərin keçirilməsi artıq adət halını almışdır. Mütəmadi olaraq keçirilən nümunəvi "açıq dərs"lər şagirdlərin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur. Buna görə də, məktəbimizdə istər rəhbərlik, istərsə də pedaqoji heyət belə dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu dəfə isə məktəbin biologiya müəllimi Nərmin Hüseynova və Aygün Şərifova hər biri nümunəvi "açıq dərs" keçdi. Dərsləri məktəb direktoru, metodbirləşmə sədrləri və müəllimlər dinlədilər. Dərslər müasir təlim standartlarına tam cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.