Şagird təhlükəsizliyinin təmin edilməsinə dair tədbir keçirildi
2023/2024-cü ilin birinci yarımili ərzində rəhbərlik və müəllim kontingenti olaraq birgə çalışmalara başlanılmışdır. Şagirdlərin tam təhlükəsizliyini qorumaq üçün mühafizə sistemi və müəllim nəzarəti gücləndirilmişdir. VMA, məktəb psixoloqu UBTR şagird-valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üçün görüşlər keçirmişdir. Yarımil ərzində nəzərdə tutulan sayda valideyn iclasları təşkil edilmişdir.
Tədbirdə valideynlər də iştirak etmişdir. Valideynlər arasında 44 günlük Qarabağ müharibəsinin iştirakçıları və qazilərimiz də olmuşdur.