MİSİLSİZ UĞURLARIMIZIN GÖZLƏNİLƏN DAVAMI
Hər il olduğu kimi bu il də məktəbimiz fənn olimpiadalarında uğur qazanmağa davam edir. Belə ki, 15 yanvar 2017-ci il tarixdə baş tutan Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər (rayon) mərhələsində 26 şagirdimiz növbəti mərhələyə keçmək hüququ qazanmışdır. Bu cür inanılmaz nəticə məktəbin bütün şagirdləri arasında ruh yüksəkliyi yaratmış, onların dərslərə marağının artmasına səbəb olmuşdur. Məktəbimizin direktoru da, öz növbəsində, uğur qazanan şagirdləri və onların müəllimlərini fəxri fərmanla təltif edərək nailiyyətlərinin davamını arzuladı.