9 MAY – QƏLƏBƏ GÜNÜ
Bugün məktəbdə 4 "C" sinfinin şagirdləri tərəfindən Qələbə Gününə həsr olunmuş tədbir keçirildi. Sinif rəhbərləri Ofelya Haqverdiyeva tərəfindən hazırlanmış tədbirdə şagirdlər 9 May Qələbə Günü haqqında önəmli məlumatlar verdilər. Bildirildi ki, Böyük Vətən Müharibəsi illərində ( 1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələrigöstərmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Məlumatlar nəzərə çatdırıldıqdan sonra əsgər geyimli şagirdlər məktəbin foyesində marş sədaları altında yürüş etdilər. Tədbir şagirdlərin ifasında vətənpərvər ruhlu şeir və mahnılarla davam etdirildi.