"Son zəng" tədbiri

Bütün məktəblərdə olduğu kimi 182 nömrəli tam orta məktəbdə də möhtəşəm son zəng tədbiri keçirildi. Bu il məktəbimizdən 7 XI sinif məzun oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qoşqar Hümbətov və məktəbin direktoru Ziniyət xanım məktəbin uğurları barədə tədbir iştirakçılarını məlumatlandırdılar. Son zəng tədbirində məzunlar tərəfindən rəqslər nümayiş olundu, məzunlar mahnılar səsləndirdilər. Sonda məktəbin direktoru Ziniyət xanım məzunlara ürək sözlərini söylədi, gələcək həyatlarında uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi