BİLİK GÜNÜ QEYD EDİLDİ
Bugün 182 nömrəli məktəbdə “BİLİK GÜNÜ” keçirildi. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra müəssisənin rəhbəri Tağıyeva Ziniyət çıxış edərək təhsil ocağının ötən tədris ilindəki uğurlarından və gələcək perspektivlərindən danışdı. Qonaqların çıxışları dinlənildi. İlk dərs günü həyəcanı ilə məktəbə qədəm basan birincilərin ifasında şeirlər səsləndirildi. İlk zəngin səslənməsi ilə şagirdlər siniflərə daxil olub yeni tədris ilinə başladılar.